CƏMİYYƏT
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Avropa Gənclər Forumunun üzvlərinin növbəti iclasında iştirak edib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Azər Əliyev Avropa Gənclər Forumunun üzvlərinin Brüsseldə keçirilən növbəti iclasında iştirak edib.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, görüşün əsas gündəliyini gənclərlə bağlı müxtəlif və çoxşaxəli məsələlərin müzakirəsi, həmçinin onların qarşılaşdığı çətinliklər və yaradılan fürsətlər təşkil edib.
ARGTMŞ 1997-ci ildən etibarən Avropa Gənclər Forumunun tamhüquqlu üzvüdür. Avropa Gənclər Forumu Avropadakı Milli Gənclər Şuraları və beynəlxalq gənclər təşkilatlarını birləşdirən bir platformadır.
Forum Avropa Birliyi, Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumlarda gənclərin hüquqlarının qorunmasına səy göstərir.