REGİONLAR


Azərbaycan Gənclərinin IX Forumunun Şəki-Zaqatala zona toplantısı keçirilib

Balakən, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Gənclərinin IX Forumu çərçivəsində dekabrın 3-də Şəki-Zaqatala zona toplantısı keçirilib.

Balakən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Biz birlikdə güclüyük!” devizi altında keçirilən onlayn toplantıya Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin rəsmiləri, Milli Məclisin deputatları, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını təmsil edən fəal gənclər qatılıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Balakən Rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov tədbiri açaraq toplantının gündəliyi barədə məlumat verib.

Toplantıda bölgənin gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər çıxış edərək gənclərin vətənpərvərlik tərbiyəsində yeni mərhələ, işğaldan azad olunan torpaqlarımıza böyük qayıdışda gənclərin vəzifələri, onların sağlamlığı və digər məsələlərlə bağlı fikirlərini bildirib, gələcəkdə gənclər siyasətinin həyata keçirilməsinə dair təkliflərini səsləndiriblər.

Zona toplantısında gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Vüqar İskəndərov çıxış edərək ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən, Azərbaycan gənclərinin cəmiyyətin inkişafındakı rolundan danışıblar.

Çıxışlardan sonra toplantı iştirakçılarının sualları cavablandırılıb.

Sonda Azərbaycan Gənclərinin IX Forumuna Şəki-Zaqatala zonası üzrə seçilmiş nümayəndələrin siyahısı təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.