Azərbaycan Gimnastika Federasiyası “İdmanı seç, sağlam qal!” və “Narkotikə yox!” mövzusunda videoçarxı ictimaiyyətə təqdim edib VİDEO
AzerTAg.az
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası (AGF) Azərbaycan Cüdo Federasiyasının (ACF) 26 iyun Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə başlatdığı kampaniyaya qoşularaq, “İdmanı seç, sağlam qal!” və “Narkotikə yox!” mövzusunda ərsəyə gətirdiyi videoçarxı ictimaiyyətə təqdim edib.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kampaniyanın əsas məqsədi yeniyetmə və gəncləri sağlam həyat tərzi seçməyə, asudə vaxtını səmərəli keçirməyə və zərərli vərdişlərdən uzaq olmağa təşviq etməkdir.
Bu günün önəmini vurğulamaq üçün AGF estafeti Atçılıq, Atıcılıq, Badminton Federasiyalarına və AFFA-ya ötürür.

Xəbərin mətnində orfoqrafik səhv var