İDMAN


Azərbaycan Güləş Federasiyası qanvermə aksiyası keçirib

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Güləş Federasiyası qanvermə aksiyası keçirib.

AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, xeyriyyə məqsədli tədbir Olimpiya Güləş Mərkəzində keçirilib.

Aksiyada Mərkəzi Qan Bankının əməkdaşları milli komandalarımızın məşqçilərindən və güləşçilərindən qan ehtiyatı götürüblər.

Qeyd edək ki, toplanan qan ehtiyatı talassemiyadan əziyyət çəkən uşaqlara köçürüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.