İDMAN
Azərbaycan Güləş Federasiyasının hakimlər üçün növbəti onlayn seminarı keçirilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Güləş Federasiyasının hakimlər üçün növbəti onlayn seminarı keçirilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, sayca 6-cı dəfə təşkil olunan vebinarın budəfəki mövzusu qayda pozuntuları olub. Hakimlər Kollegiyasının sədri Qərib Əliyev hansı hərəkətlərin qayda pozuntusu sayıldığını qeyd etdikdən sonra müxtəlif qarşılaşmalardan nümayiş etdirilən videolarda mövzu ilə bağlı vəziyyətləri izah edib. Vebinarın ikinci hissəsində mürəkkəb vəziyyətlərdə qarşılıqlı fəndlərin icra olunduğu epizodlar müzakirə edilib.
Qeyd edək ki, güləş hakimlərinin ənənə halını alan vebinarı hər həftə keçirilir. Məqsəd ədalət təmsilçilərinin nəzəri biliklərini daha da təkmilləşdirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]