İDMAN


Azərbaycan Güləş Federasiyasının rəhbərliyi UWW-nin konfransında iştirak edib

Bakı, 31 oktyabr, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda Dünya Güləş Birliyinin (UWW) növbəti konfransı keçirilib. 23 yaşadək güləşçilərin dünya çempionatına 1 gün qalmış təşkil olunan ənənəvi tədbirdə UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev də iştirak edib.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, son 4 ilin hesabatı haqqında danışan UWW-nin prezidenti Nenad Laloviç üzləşdikləri problemləri qabardıb:

"Pandemiya ilə əlaqədar yaranmış problemləri həll etmək üçün çoxlu müzakirələrimiz və iclaslarımız baş tutdu. Mən başa düşürəm ki, yerli federasiyalar bu durumdan necə əziyyət çəkib. Yarışların keçirilməsi, səfərlərin təşkili və maliyyə ilə bağlı problemlər var idi. Hətta mayda belə Olimpiadanın və dünya çempionatının keçiriləcəyindən əmin deyildik. Bu çətin vəziyyətdə işini uğurla icra edən tibbi heyətə də təşəkkürümü bildirirəm. Olimpiya Oyunları yaxşı keçdi. Tokioda güləşçilər fantastik görüşlər keçirdi. Yeniyetmələr, gənclər və böyüklər arasında dünya çempionatlarının təşkilatçılığına görə Macarıstan, Rusiya və Norveç Güləş federasiyalarına minnətdaram. Etiraf edim ki, bir ay əvvəl U-23 dünya çempionatını təxirə salmaq barədə fikirləşirdim. Çünki Serbiyada gündəlik koronavirusa yoluxma sayı xeyli artmışdı. Təşkilatçılar və yerli federasiya ilə müzakirələr apardıq. Yekunda yarışı keçirmək mümkün oldu".

Daha sonra ali qurumun tabeliyində olan komissiyaların rəhbərləri çıxış edərək hesabat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.