İQTİSADİYYAT


Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın iclası bu il Tbilisidə keçiriləcək

Tbilisi, 29 iyun, AZƏRTAC

Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın iclası bu il Tbilisidə keçiriləcək. Eyni zamanda, iclas çərçivəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlər davam edir.

“Azərbaycan Gürcüstanın arasında uzun əsrlər davam edən münasibətlər var. İndi bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Post pandemiya dövründə bir neçə yüksək səviyyəli görüşlər həyata keçirilib. İnanırıq ki, bugünkü tədbir ikitərəfli əlaqələrə, əməkdaşlığa töhfə verəcək”, – deyə diplomat vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.