İQTİSADİYYAT


Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü Qara dəniz elektrik enerjisi halqasının inkişafına öz töhfəsini verəcək

Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü Qara dəniz elektrik enerjisi halqasının inkişafına öz töhfəsini verəcək

Bakı, 27 oktyabr, Nihat Budaqov, AZƏRTAC

“Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü” layihəsi Qara dəniz elektrik enerjisi halqasının inkişafına öz töhfəsini verəcək. Bu layihənin reallaşdırılmasında Gürcüstan tranzit ölkə rolunu oynayacaq.

AZƏRTAC xəbər verir ki, Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə Bakıda keçirilən 13-cü illik konfransdakı çıxışında bu barədə danışan Gürcüstanın energetika nazirinin müavini Məryəm Valişvili Azərbaycanın əhəmiyyətli enerji mənbələrinə sahib ölkə olduğunu qeyd edib. "Bu layihə həm də Azərbaycanın öz enerji təhlükəsizliyini möhkəmləndirməsinə, elektrik enerjisi ixracını təmin etməsinə və Avropaya çıxışına imkan yaradacaq" - deyə M.Valişvili vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.