İQTİSADİYYAT


Azərbaycan Gürcüstan gömrüyü ilə blokçeyn texnologiyasının tətbiqinə başlayıb

Bakı, 19 sentyabr, AZƏRTAC 

Azərbaycan Gürcüstan gömrüyü ilə blokçeyn texnologiyasının tətbiqinə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov sentyabrın 19-da keçirilən IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”da deyib.

“Bu texnologiyanın tətbiqi sayəsində Gürcüstanla informasiya və sənəd mübadiləsi aparılır və uğurlu nəticələr əldə olunur. Blokçeyn ticarətin asanlaşdırılması, sürətli keçidin təmin olunmasında mühüm amildir”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.