SİYASƏT


Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələrin inkişafı məsələləri müzakirə olunub

Bakı, 8 may, AZƏRTAC 

Mayın 8-də Milli Məclisdə Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov görüşdə ölkələrimiz arasındakı əlaqələrin tarixindən danışıb. Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən layihələr regionun inkişafı ilə yanaşı, Avropanın enerji təhlükəsizliyində də vacib rol oynayır. Sənaye, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq da inkişaf edir. Vurğulanıb ki, parlamentlərarası dostluq qrupları arasında əlaqələr də yüksək səviyyədədir.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. O, ölkələrimizin beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəklədiyini bildirib. Vurğulayıb ki, Gürcüstan və Azərbaycan arasında elə bir məsələ yoxdur ki, müzakirə edilib müsbət nəticə əldə olunmasın. Zviad Dzidziquri vurğulayıb ki, Azərbaycanın qazandığı nailiyyətlərdə dövlət başçısının xüsusi rolu var. Prezident İlham Əliyev çox güclü liderdir.

Görüşdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Rasim Musabəyov, Flora Qasımova çıxış edərək gürcü həmkarlarının diqqətini bir sıra vacib məsələlərə yönəldiblər. Qarabağ müharibəsində qətllər törətmiş erməni terrorçu, separatçı Mixail Avakyana Gürcüstanda qoyulmuş abidə ilə bağlı Azərbaycan ictimaiyyətinin narahatlığı Gürcüstan deputatlarının diqqətinə çatdırılıb.

Sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.