Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər VİDEO

Tbilisi, 6 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, mayın 6-da Tbilisidə üçtərəfli görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Türkiyə Respublikasının Prezidenti Abdullah Gül mətbuata bəyanatlarla çıxış etmişlər.

 

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin

bəyanatı

- Mən sizi salamlamaq istərdim. Bir daha öz dostlarıma - Azərbaycan və Türkiyə prezidentlərinə, nümayəndə heyətlərinin üzvlərinə xüsusi minnətdarlığımı bildirmək istərdim. Mən təkcə bizim ölkələrimiz üçün deyil, digər ölkələr üçün də əhəmiyyətli olacaq bugünkü Sammitin işində iştirak etmiş hər kəsi salamlamaq istərdim. Həm regionda, həm də region hüdudlarından kənarda on milyonlarla insan bu Sammitin bəhrəsini görəcəkdir.

Mən belə bir Sammitin əsasını qoyduğu üçün Türkiyə Prezidenti cənab Gülə minnətdarlığımı bildirmək istərdim. O, belə bir Sammitin təşəbbüskarı olub və mən bu ideyanı dəstəkləyən Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm.

Sammitin gedişində biz ölkələrimiz arasında artıq qurulmuş əməkdaşlıq barədə danışdıq. Bu əsl tarixi əməkdaşlıq ölkələrimizin iqtisadiyyatı və rifahına, bütün regionun sabitliyi və çiçəklənməsinə çox müsbət təsir göstərir. Mən deyərdim ki, ölkələrimiz arasında bu nümunəvi əməkdaşlığın nəticəsi Asiya və Avropada 10 milyonlarla insana müsbət təsir göstərir. Biz Xəzər, Qara və Aralıq dənizlərini birləşdirən olduqca mühüm layihələr, o cümlədən bu əməkdaşlığın genişləndirilməsi barədə danışdıq. Bütün bunlar regionun sabitliyinin qarantıdır. Biz vurğuladıq ki, region daha sabitdir və ölkələrimiz daha çox sabitliyə nail olmaqda maraqlıdır. Ölkələrimizin rəhbərləri bu prosesə öz töhfələrini verməyə hazır olduqlarını bildirdilər. Bizim siyasətimiz, bizim ambisiyamız məhz budur.

Mən həqiqi əməkdaşlıq və dəstəyə görə bir daha azərbaycanlı və türkiyəli həmkarlarıma öz minnətdarlığımı bildirmək istərdim. Mən ölkəmizdə həyata keçiriləcək layihələrə görə onlara təşəkkürümü bildirirəm.

Türkiyə Prezidenti Abdullah Gülün

bəyanatı

- Hörmətli prezidentlər, nazirlər, media nümayəndələri.

Bu gün burada Cənubi Qafqaz bölgəsi ilə bağlı ortaq bir görüşü paylaşan üç ölkənin prezidentləri olaraq bir yerə toplaşmışıq. Əməkdaşlığımızın bütün tərəflərini ətraflı şəkildə nəzərdən keçirdik.

Türkiyə olaraq, bizim istər Gürcüstan, istərsə də Azərbaycan ilə ikitərəfli əlaqələrimiz çox yüksək səviyyədədir. Gürcüstan ilə 1,5 milyard dollarlıq ticarət dövriyyəmiz vardır. Gürcüstandakı türk sərmayələri bir milyard dollara yaxındır. Bir çox türk iş adamı Gürcüstana sərmayə yatırmaq arzusundadır. Əlaqələrimiz elədir ki, vətəndaşlarımız şəxsiyyət vəsiqəsi ilə, pasportsuz və vizasız səyahət edə bilirlər.

Türkiyə olaraq, eyni şəkildə Azərbaycan ilə də əlaqələrimizin şübhəsiz ki, çox özəl səviyyəsi vardır. İqtisadi əlaqələrimizə gəldikdə, ticarət dövriyyəmiz 4,7 milyard dollar, sərmayələrimiz isə 5,5 milyard dollar səviyyəsindədir. Türkiyə, Azərbaycan, Gürcüstan arasındakı bu coğrafi bərabərlik Cənubi Qafqaz bölgəsində çox böyük bir cazibə mərkəzi yaratmaqdadır.

Şübhəsiz ki, əhalini nəzərə alsaq, dediyim bu rəqəmlər çox mühüm rəqəmlərdir. Amma bunu daha da yüksəltməyimiz mümkündür. Bu baxımdan bu üç ölkənin səmimi, yaxın əlaqələri və əməkdaşlığı bölgəni bir cazibə mərkəzinə çevirməkdədir və bu cazibənin də gücü getdikcə artmaqdadır. Belə ki, çox böyük infrastruktur layihələrini reallaşdırdığımızı hamı bilir. Xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini hər kəs, bütün dünya çox təqdirlə izləməkdədir. Bu layihələr vaxtilə reallaşması çətin, hətta bəzilərinin əfsanə adlandırdığı layihələrdir. Bunların ilk ikisi həyata keçirilmiş, üçüncüsü - dəmir yolu layihəsi də tamamlanmaq üzrədir. Bu gün nəqliyyat nazirləri də görüşdə iştirak etdilər və təqdimatlarında bizə ətraflı məlumat verdilər. Hətta tikinti ilə bağlı videoçarxlar da nümayiş etdirdilər. Biz böyük məmnunluqla gördük ki, minlərlə metr uzunluğunda – 4-5 kilometrlik tunellər, böyük körpülər, bütün bunlar həyata keçirilmiş və işlərin böyük hissəsi başa çatmışdır. İnşallah, qalan işlər də qısa zamanda bitəcəkdir.

Təbii ki, TANAP da ayrı bir enerji layihəsi kimi regionun əhəmiyyətini ortaya çıxarmaqdadır. Bu əlaqələndirmə bir çox praktiki faydalar da ortaya qoymaqdadır. Buna sadə bir misal çəkmək istəyirəm: qatarlarımız, relslər bir-birinə çox da uyğun gəlmirdi. Görülən bu işlər və əlaqələndirmə nəticəsində artıq bütün qatarlar Türkiyədən Gürcüstana, oradan Azərbaycana, Azərbaycandan Gürcüstana və Türkiyəyə heç bir problem olmadan hərəkət edə biləcəkdir. Bizim istəyimiz bütün bu layihələrlə regionda rifahı və iqtisadi inkişafı artırmaqdır.

Təbii ki, Sammitdə regional və beynəlxalq məsələlər də müzakirə edilmişdir. Sülh və sabitliyin qorunmasını əsas tutan və ortaq ümumbəşəri dəyərlərə söykənən fikirlərimiz də üst-üstə düşməkdədir. Gürcüstanın və Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə olan güclü dəstəyimizi bir daha vurğuladıq. Bölgəmizdəki münaqişələrin ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həll olunmasının əhəmiyyətini bir daha qeyd etdik. Görüşümüzdə Ukraynadakı böhranı da müzakirə etdik. Bu böhranın bölgəmizdəki təhlükəsizliyə və sabitliyə təsir etdiyi məsələsində həmfikirik. Böhranın Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində siyasi həlli yolunun tapılması zəruridir. Ukraynada konstitusiya islahatı ölkənin şərqi ilə qərbini - bütün cəmiyyəti əhatə etməlidir. ATƏT-in nəzarət missiyasının gərginliyin azaldılmasındakı və dialoqun gücləndirilməsindəki rolunu da dəstəkləyirik. Türkiyə olaraq Krım-tatar türklərinin də vəziyyətini diqqətlə izlədiyimizi burada ifadə etmək istəyirəm.

Sammitin istər ölkələrimiz, istərsə də regionumuz üçün xeyirli olmasını arzu edirəm. Bu səmimi əməkdaşlığın bir çox ölkələr üçün nümunə olacağına inanıram.

Sammitə gözəl ev sahibliyi edən Gürcüstan tərəfinə, xüsusilə də dəyərli dostumuz, hörmətli dövlət başçısına bu ilk toplantını təşkil etdiyi üçün bir daha dərin təşəkkürümü bildirirəm.

 

Azərbaycan Prezidenti İlham Əliyevin

bəyanatı

- Hörmətli cənab Prezident Marqvelaşvili.

Hörmətli cənab Prezident Gül.

Hörmətli mətbuat nümayəndələri, xanımlar və cənablar.

İlk növbədə cənab Prezident, mənə və nümayəndə heyətimizə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Qardaş Gürcüstan torpağında yenidən olmağımdan çox məmnunam. Əminəm ki, bugünkü Zirvə görüşü üçtərəfli əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm olacaqdır. Azərbaycanı Gürcüstan və Türkiyə ilə tarix bağlayır, tarixi əlaqələr, mədəniyyət, xalqlarımız arasındakı dostluq, qardaşlıq bağlayır. Bizim ikitərəfli münasibətlərimiz də bu möhkəm zəmin üzərində qurulmuşdur. Artıq sınaqdan da keçmişdir. Həm Gürcüstan, həm Türkiyə ilə Azərbaycanın çox yaxın dostluq, qardaşlıq üzərində qurulmuş münasibətləri vardır.

Mən çox şadam ki, artıq üçtərəfli format da öz əhəmiyyətini göstərir. Əvvəlki, dövrlərdə də üçtərəfli görüşlər keçirilmişdir. Çünki təbii ki, beynəlxalq layihələrin icrası ilə əlaqədar Zirvə görüşləri olmuşdur. Bugünkü Zirvə görüşü həm əvvəlki illərdə görülən işlərə bir təhlil aparmaq üçün də əhəmiyyətli idi, eyni zamanda və ən önəmlisi hesab edirəm ki, gələcək əməkdaşlıq haqqında bu gün çox geniş və səmimi fikir mübadiləsi aparılmışdır.

Bu gün nazirlər müxtəlif layihələri bizə təqdim etdilər. Biz görüləcək işlər haqqında bir daha fikir mübadiləsi apardıq. Ancaq mən hesab edirəm, bu Zirvə görüşünün əsas nəticəsi ondan ibarətdir ki, bu gün Gürcüstan, Türkiyə və Azərbaycan üçtərəfli formatı və bizim dostluq, tərəfdaşlıq münasibətlərimizi bir daha təsdiqlədilər. Bu, çox önəmlidir. Çünki bizi birləşdirən layihələr həm ölkələrimiz, xalqlarımız, qonşularımız və həm də qitə üçün əhəmiyyətlidir.

Vaxtilə uğurla icra edilmiş neft-qaz, nəqliyyat layihələri, investisiyalarla bağlı olan layihələr ölkələrimizi daha da sıx birləşdirir. Deyə bilərəm ki, hazırda bu üçtərəfli format, nəinki regionda, dünya miqyasında böyük maraq doğurur. Bu, əslində nadir bir formatdır. Çünki burada üç müstəqil dövlət artıq bərabərhüquqlu münasibətləri - qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən münasibətləri qurmuşdur. Hesab edirəm ki, bu təcrübə başqa ölkələr üçün də cəlbedici ola bilər.

Bizim münasibətlərimiz əməkdaşlıq üzərində qurulub. Ən önəmli məsələ bundan ibarətdir. Bu əməkdaşlıq nəticəsində hər bir ölkə böyük fayda, xeyir götürür. Bizim birgə layihələrimiz üç ölkənin maraqlarına xidmət göstərir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri artıq regional çərçivədən çıxıb, beynəlxalq əhəmiyyət daşıyan layihələrdir. Xüsusilə, enerji təhlükəsizliyi ilə bağlı məsələlər bu gün dünya miqyasında ən önəmli məsələlər kimi tanınır. Dünya gündəliyinin demək olar ki, birinci yerindədir. Üç ölkə öz enerji təhlükəsizliyini tam şəkildə təmin edibdir. Bu, bizim əməkdaşlığımızın gözəl nəticəsidir. Gələcəkdə bizim üç ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edəcəkdir.

Bu gün burada aparılan danışıqlar və müzakirələr dünya və Avropa üçün böyük əhəmiyyət daşıyır. Keçən ilin sonunda Bakıda “Şahdəniz-2” layihəsinə start verdik. “Şahdəniz-2”, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin inşası Avropanın bir nömrəli, ən böyük infrastruktur layihələridir. Bu layihələrə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollar səviyyəsində olacaqdır. Bu vəsaiti biz qoyacağıq ki, öz maraqlarımızı təmin edək və Avropanın enerji təhlükəsizliyinə də öz töhfəmizi verək. Bu layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılacaqdır, biznes imkanları yaranacaqdır.

Bu gün bu barədə fikir mübadiləsi apardıq ki, bizim biznes strukturlarımız da bu layihələrdə fəal iştirak etsin və buna hazır olsunlar. İnvestisiya imkanlarımız daha da genişlənəcəkdir. Yəni, bizim ölkələr xarici sərmayə qoyuluşu üçün daha da böyük məna daşıyacaqdır. Bu da hər bir ölkənin marağındadır. Hətta inkişaf etmiş ölkələr xaricdən investisiyaları cəlb etmək istəyirlər. Azərbaycan öz növbəsində ən böyük investisiyaları Türkiyə və Gürcüstana yatırır. Bu da bizim birliyimizin təzahürüdür.

Bizim bütün təşəbbüslərimizin təməlində xalqlarımızın iradəsi və güclü siyasi iradə dayanır. Budur əsas şərt. Münasibətləri bu təməl üzərində qururuq. Bu münasibətləri konkret layihələrlə zənginləşdiririk. Bu gün burada – Tbilisidə sərgilənən birlik dünya miqyasında nadir xarakter daşıyır.

Mən bu dostluğa, əməkdaşlığa görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm. Biz bu gün fikir mübadiləsi əsnasında qərara gəldik ki, belə Zirvə görüşləri müntəzəm keçirilsin. Əgər etiraz olmasa, növbəti Zirvə görüşü Azərbaycanda keçirilsin. Biz bu xoşniyyətli əməkdaşlığı bundan sonra da uğurla davam etdirək.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər VİDEO

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr