İQTİSADİYYAT


Azərbaycan Gürcüstana ixrac etdiyi neft və neft məhsullarının həcmini artırıb

Tbilisi, 20 sentyabr, AZƏRTAC

Azərbaycan Gürcüstana ixrac etdiyi neft və neft məhsullarının həcmini artırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Məlumatda deyilir ki, cari ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 67 milyon 670,2 min ABŞ dolları dəyərində 122 min 763,5 ton neft və neft məhsulları idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,2 faiz və 12,8 faiz çoxdur.

Məlumat üçün qeyd edək ki, illik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi neft və neft məhsulları həcm baxımından təxminən 24 faiz, dəyər baxımından isə 12 faizdən çoxdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.