CƏMİYYƏT
Azərbaycan Gürcüstanda keçirilən “EU 4 Digital elektron səhiyyə şəbəkəsi” seminarında təmsil olunub
Bakı, 26 iyul, AZƏRTAC
Gürcüstanın Batumi şəhərində elektron səhiyyəyə həsr olunmuş “EU 4 Digital elektron səhiyyə şəbəkəsi” seminarı keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda ev sahibi ilə yanaşı, Azərbaycan, Belarus, Ukrayna, Moldova, Danimarka, Fransa, Almaniya, Portuqaliya, İspaniya və digər ölkələrdən olan ekspertlər iştirak ediblər.
Seminarda Azərbaycanı Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Arzu Mirzəyev təmsil edib.
Seminar iştirakçıları ölkələrində elektron səhiyyə (e-səhiyyə) sahəsində görülən işlər barədə geniş məlumat veriblər.
Tədbirin ikinci günündə isə ölkələr arasında e-səhiyyə sektorunda məlumat mübadiləsinin təşkili istiqamətində görüləcək işlər müzakirə olunub.