İQTİSADİYYAT


Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında dördüncü yerdədir

Tbilisi, 20 may, AZƏRTAC

Cari ilin yanvar-aprel ayları ərzində Gürcüstanın Azərbaycan ilə ticarət dövriyyəsi 445,4 milyon ABŞ dolları olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətindən bildirilib. Qeyd olunur ki, Azərbaycan bu göstərici ilə Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında 4-cü yerdədir.

Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında Türkiyə 766,3 milyon dollarla birinci, Çin 614,7 milyon dollarla ikinci, Rusiya isə 559,7 milyon dollarla üçüncü yerdədir.

Qeyd edək ki, hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 33,4 faiz artaraq 5,3 milyard ABŞ dollarına çatıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.