İQTİSADİYYAT


Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında üçüncüdür

Tbilisi, 14 fevral, AZƏRTAC

Yanvarda Gürcüstanın xarici ticarət dövriyyəsi 2019-cu ilin eyni ayı ilə müqayisədə 5,7 faiz artaraq 882,4 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin hesabatında deyilir.

Bildirilir ki, ötən ay Gürcüstanın xarici ticarətində idxalın dəyəri 619,7 milyon təşkil edib. Bu da keçən ilin yanvar ayı ilə müqayisədə 3,9 faiz çoxdur. Yanvarda ixracın dəyəri 262,6 milyon dollar olub ki, bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 10 faiz çoxdur.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirilib ki, xarici ticarət dövriyyəsinin artması bir neçə amillə əlaqədardır. Bunlardan biri xarici bazarlarının coğrafiyasının genişləndirilməsidir. Digər vacib amil ixracın şaxələndirilməsidir və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.

Nazirliyin məlumatına görə, Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında Azərbaycan ən fəal tərəfdaşlardan biri olmaqla Türkiyə və Rusiyadan sonra üçüncü yerdədir. Siyahıda sonrakı yerləri Çin, Avropa və MDB ölkələri tutur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.