SİYASƏT


Azərbaycan HDQ komandanı ilə Pakistanın Quru Qoşunları komandanı arasında görüş keçirilib

Bakı, 9 iyun, AZƏRTAC

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ordu generalı Qamar Caved Bacva Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Pakistanın Quru Qoşunları komandanı azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində ölkəsinin iştirak etməyə hazır olduğunu bildirib.

Kontr-admiral S.Bəkirov Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını Pakistan Quru Qoşunları komandanına çatdırıb və ölkəmizin Pakistan ilə hərbi sahədə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Söhbət zamanı hərbi sahədə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.