Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışı olmuşdur
Prezident İlham Əliyev açılışda iştirak etmişdir VİDEO

Bakı, 2 oktyabr (AZƏRTAC). Oktyabrın 2-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.

Azərbaycanın mülki aviasiyası özünün sürətli inkişaf dövrünü yaşayır. Ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərilir. Regionun nəhəng aviaşirkətinə çevrilmiş “Azərbaycan Hava Yolları” həm regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdəndir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışı da bu hava limanının strateji əhəmiyyətini daha da artırır.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Azərbaycan Respublikasının hava məkanında və bütün aeroportlarında uçuşların idarəedilməsi ilə məşğuldur. Bu idarə Azərbaycan Respublikasının quru və su sərhədlərinə, ümumilikdə, 165,4 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə edir. Qurum tərəfindən xidmət göstərilən hava dəhlizinin uzunluğu 8 min kilometrdən çoxdur.

Diqqətə çatdırıldı ki, dünyanın çoxlu sayda aviaşirkətləri Avropadan Asiyaya və geriyə uçuşlar həyata keçirərkən Azərbaycan Respublikasının hava məkanına daha çox üstünlük verirlər. Bu baxımdan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzi üçün yeni inşa olunan bina mühüm əhəmiyyət kəsb edir.

Qeyd edildi ki, Baş Mərkəzin yeni binasının ümumi sahəsi beş min kvadratmetrdir. Dispetçer qülləsi daxil olmaqla binanın hündürlüyü 65 metrdir.

Dövlətimizin başçısı foyedəki virtual muzeydə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin fəaliyyətindən bəhs edən filmə baxdı.

Binada, həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Administrasiyası, virtual muzey, Aviasiya Meteoroloji və Aeronaviqasiya İnformasiya mərkəzləri, “Azəraeronaviqasiya” İdarəsinin inkişaf və uçuşların təhlükəsizliyi şöbələri, ixtisaslaşdırılmış treninqlərin keçirilməsi üçün müasir avadanlıqla təchiz olunmuş otaqlar, konfrans zalları, yeməkxana və digər texniki otaqlar yerləşir.

Binada, həmçinin Hava Hərəkətinin İdarəedilməsi dispetçerlərinin həm standart, həm də qəza vəziyyətlərinə hazırlanması və təkmilləşdirilməsi üçün yeni trenajor kompleksi vardır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva komplekslə tanış oldular. Bildirildi ki, Hava Hərəkəti İdarəsi qülləsində radiolokasiya nəzarəti və vizual müşahidə üçün dispetçer trenajoru quraşdırılmışdır. Burada dispetçerlər üçün istirahət otaqları da yerləşir.

Dövlətimizin başçısı Baş Hava Hərəkəti İdarəsi Mərkəzinin əməliyyat zalı ilə tanış oldu.

Qeyd edildi ki, əməliyyat zalından Azərbaycan Respublikasının bütün ərazisində hava hərəkətinin idarə edilməsi və nəzarəti həyata keçirilir. Marşrutda, uçuşda və enmədə hava gəmilərinin hərəkətini avtomatlaşdırmağa imkan verən bu müasir sistem aerodrom ətrafında uçuşların yüksək təhlükəsizliyini təmin edəcək, həm hava limanının, həm də tranzit axınlarının buraxılış qabiliyyətini artıracaqdır. Bu sistem dispetçer radiolokasiya, uçuş məlumatlarını, uçuşun planlarını qonşu ölkələrin əlaqəli Hava Hərəkətinin İdarəetmə Mərkəzləri ilə “onlayn” rejimdə idarə edir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qüllə ilə tanış oldular.

Dispetçer İdarəetmə Məntəqəsindən ətraf ərazilər 360 dərəcədə müşahidə edilə bilir. Burada aerodromda uçuşların idarə edilməsi avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş dispetçer masaları, hava-yer ultraqısa dalğalı radiorabitə sistemi, perronda hava gəmisinin hərəkətinə videomüşahidə sistemi quraşdırılmışdır.

Mərkəzdə yaradılmış şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı idarənin kollektivi ilə görüşdü.

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:

- Sabahınız xeyir olsun.

Bu gün biz Aeronaviqasiya İdarə Mərkəzinin yeni binasının açılışını qeyd edirik. Bu münasibətlə sizi təbrik edirəm. Gözəl binadır, xarici görünüşü də gözəldir. Gözəl memarlıq abidəsidir. Eyni zamanda, burada bütün lazımi təchizat da təmin edilib. Burada işləyənlər üçün gözəl şərait yaradılıb və ən müasir avadanlıq quraşdırılıbdır. Əlbəttə ki, yeni mərkəz əvvəlki mərkəzdən böyük dərəcədə fərqlənir, burada həm müşahidə aparmaq üçün gözəl imkanlar vardır, hər iki zolaq çox gözəl görünür, eyni zamanda, bu, artıq müasir standartlar deməkdir.

Ümumiyyətlə, Azərbaycanda hava nəqliyyatının inkişafı üçün çox böyük işlər görülür. Hava nəqliyyatı hər bir ölkə üçün vacib bir sahədir. Azərbaycanda, deyə bilərəm ki, bu sahədə çox gözəl nəticələr vardır.

Son illər ərzində bizim bütün əsas hava limanlarımız əsaslı şəkildə təmir edilib, yaxud da ki, yeniləri tikilibdir. Gəncə, Naxçıvan, Lənkəran, Yevlax aeroportları yenidən qurulubdur. Eyni zamanda, Qəbələ, Zaqatala aeroportları da tikilmişdir. Yəni altı aeroport tikilmişdir ki, bu gün tam şəkildə bizim tələbatlarımızı ödəyir. Beləliklə, Azərbaycanda uzun illər bundan sonra da hava nəqliyyatının inkişafı üçün gözəl imkanlar yaranır.

Əvvəlki illərdə bu aeroportların vəziyyəti o qədər də ürəkaçan deyildi. Onlar demək olar ki, yarıdağılmış vəziyyətdə idi. Bu gün isə onlar ən yüksək standartlara cavab verir və sərnişinlərə çox gözəl xidmət göstərilir.

Bununla bərabər, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin tikintisi artıq başa çatmaq üzrədir. Burada da çox gözəl işlər görülübdür. Əvvəlki köhnə aerovağzal əsaslı şəkildə təmir edilib, yeni aerovağzal isə hesab edirəm ki, dünyanın ən gözəl aeroportlarından biri olacaqdır. Həm onun xarici görünüşü, həm daxili dizaynı və bütün infrastruktur ən yüksək səviyyədədir. Mən hesab edirəm ki, bu aeroport memarlıq nümunəsi kimi müxtəlif kataloqlarda öz əksini tapacaqdır. Çünki bunun quruluşu da, dizaynı da, ümumiyyətlə, yanaşması da çox orijinaldır və böyük məna daşıyır. Yuxarıdan baxanda elə bil ki, qanadlarını açmış bir quşu əks etdirir. Yəni, bu gün ölkəmiz də yüksəliş dövrünü yaşayır. Azərbaycan da sürətlə inkişaf edir. Bu aeroportun bu formada tikilməsi həm rəmzi məna daşıyır, eyni zamanda, bu, müasirlikdir, yenilikdir. Bu aeroport dünya miqyasında seçilən aeroportlardan biri olacaqdır.

Hava nəqliyyatının inkişafı üçün bütün lazımi tədbirlər görülür. Son on ildə 30-dan çox yeni təyyarə alınmışdır. Demək olar ki, alınan bütün təyyarələr dünyanın aparıcı şirkətlərinin məhsullarıdır. Beləliklə, sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün bütün imkanlar vardır.

Bununla bərabər, 20-yə yaxın helikopter alınmışdır. Bu da həm biznes, həm neft-qaz əməliyyatlarının aparılması üçün çox lazım olan sahədir. Ümumiyyətlə, gələcəkdə helikopter hava nəqliyyatı hesab edirəm ki, Azərbaycanda daha da geniş şəkildə yayılacaqdır. İnkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də bu sahə gələcək üçün vacib olan sahə kimi özünü göstərməlidir.

Digər sahələrdə, nəqliyyat sektoruna aid olan bütün başqa sahələrdə yaxşı nəticələr vardır. Hava nəqliyyatı, dəniz nəqliyyatı, dəmir yolu nəqliyyatı. Biz böyük infrastruktur layihələri icra edirik. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla davam edir. Bu layihə qitələri birləşdirən layihə olacaqdır. Avropanı Asiya ilə birləşdirən layihə olacaqdır. Bu yaxınlarda Bakıda yeni gəmiqayırma zavodunun tikintisi də nəqliyyat infrastrukturuna verilən böyük bir dəstək olacaqdır. Biz artıq özümüz bütün növ gəmiləri istehsal edəcəyik. Yəni, Azərbaycan və Bakı artıq dünyanın logistika və nəqliyyat mərkəzinə çevrilibdir. Azərbaycanda yük daşımaları artır və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını genişləndirir. Bu gün beynəlxalq uçuşların sayı artır. Azərbaycanda fəaliyyət göstərən şirkətlər, həmçinin karqo-aviasiyada da ön plandadırlar. Yəni, Azərbaycanda nəqliyyatın bütün sahələri inkişafdadır. Sərnişin nəqliyyatı, yük nəqliyyatı və bütün digər lazım olan məsələlər öz həllini tapır. Bu, ölkəmizin gələcək imkanlarını böyük dərəcədə artıracaqdır. Azərbaycan artıq tranzit ölkə kimi əvəzolunmaz ölkəyə çevrilibdir.

Bu, bizim böyük üstünlüyümüzdür. Əlbəttə, bu sahənin inkişafı gələcəkdə bizə böyük mənfəət gətirəcəkdir. Bu gün investisiyalar böyük ölçülərlə qoyulur. Bu, belə də lazımdır. İnfrastruktura qoyulan investisiyalar ölkənin inkişafını şərtləndirir. Ancaq əlbəttə ki, infrastrukturun yaradılması ilə bərabər bu investisiyalar qayıdacaqdır. Ölkəmizə bundan sonra uzun müddət ərzində gəlir gətirəcək, bizim qeyri-neft sektorumuzu inkişaf etdirəcəkdir. Beləliklə, ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir.

Bu gün bu mərkəzin açılışı görülən bu işlərin tərkib hissəsidir. Bu gözəl binanın açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram. Sağ olun!

X X X

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası 1933-cü ildə yaradılmışdır. Respublikamızda beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksi isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş və 1999-cu ildə istismara verilmişdir. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır.

Son illərdə Azərbaycanın mülki aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan beynəlxalq hava limanı işə düşmüşdür. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala və Lənkəranda hava limanları istismara verilmişdir. Daha sonra Qəbələdə və Yevlaxda hava limanları inşa olunmuşdur. Bundan əlavə, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir.

“Azərbaycan Hava Yolları”nın təyyarə parkı dünyanın tanınmış şirkətlərindən alınan yeni və müasir təyyarələrlə zənginləşdirilmişdir. Hazırda “Azərbaycan Hava Yolları” QSC-nin təyyarələri dünyanın onlarla ölkəsinə və şəhərlərinə uçuşlar həyata keçirir. Son illərdə ölkəmizdə mülki aviasiyanın inkişafı istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisinə başlanmasıdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksində aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə də tanış oldular.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Qeyd edildi ki, layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Yeni aerovağzal kompleksi istifadəyə veriləndən sonra ildə 3 milyon sərnişinə xidmət göstərmək mümkün olacaqdır. Ən müasir standartlara cavab verən aerovağzal kompleksinin sahəsi 58 min kvadratmetrdir. Üçbucaq formasında inşa edilən dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcəkdir. Mövcud terminal vasitəsilə isə yerli aviareyslər həyata keçiriləcəkdir.

Yeni terminalın binasında müasir eskalatorlar və sərnişin liftləri quraşdırılmışdır. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklərin tətbiqi həyata keçiriləcəkdir. Müasir görünüşü ilə də diqqəti cəlb edəcək yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaqdır. Ən son avadanlığın tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaqdır. Aerovağzal binasının ərazisində eyni vaxtda 8 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılacaqdır.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni “Airbus-340” təyyarəsinin salonuna baxdılar.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışı olmuşdurPrezident İlham Əliyev açılışda iştirak etmişdir VİDEO

Salvodorda daşqın nəticəsində 11 nəfər ölüb

ABŞ Prezidenti NATO Baş katibi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

“Euronews”: Azərbaycandakı konfransda minaların təmizlənməsi ilə bağlı vahid qlobal çağırış edilib

BMM-də Milli Qurtuluş Günü qeyd olunub

Bakıda mənzildən meyit tapılıb

Ermənistan Fransanın KNDS şirkəti ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək

Avro-2024: Fransa millisi Avstriyanı avtoqolla məğlub edib

Stoltenberq: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yekdil qərar verilməlidir

Nazir: Moldova səhiyyəsində ciddi kadr böhranı yaşanır

Türkiyə müdafiə sənayesinin yenilikləri Avropanın ən böyük silah sərgisində təqdim olunub

Avro-2024: Slovakiya Belçikanı məğlub edib

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırıb

Türkiyə Prezidenti: Biz gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək niyyətindəyik

Nikol Paşinyan: Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair referendum keçirilə bilər

Azərbaycanın Ukraynadakı səfiri Xmelnitski şəhərinin tələbələri üçün mühazirə oxuyub

Ermənistan parlamentinin növbədənkənar sessiyası baş tutmayıb

Son beş ayda əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verilib

Muxtar respublikanın iki rayonunda yanğınlar olub

Qazaxıstan XİN: Qazaxıstan Ukrayna üzrə sammitdə qrafikə görə iştirak etməyib

Tbilisidə keçirilən festivalda Azərbaycan guşəsi açılıb

Avro-2024: Rumıniya turnirə qələbə ilə başlayıb

Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur

Abşeron rayonunda tibb işçilərinin bir qrupu mükafatlandırlıb

Gürcü deputat: Gürcüstanda Qurban və Ramazan bayramlarına rəsmi status verilməlidir

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə ediblər

Çexiyada poliqonda baş verən partlayış nəticəsində doqquz hərbçi yaralanıb

Azərbaycan könüllüləri “Go Camp” piknik layihəsi çərçivəsində Quba rayonunda olublar

Fransada partiya sədrinə qarşı dövlət vəsaitinin mənimsənilməsi iddiası üzrə cinayət işi açılıb

® “İlahi ibadət”in xoş məramı

Macarıstan Milli Assambleyasının üzvləri Milli Məclisdə olublar

“Paris-2024”: Azərbaycan basketbol millisinin oyunlarının təqvimi açıqlanıb

Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Məclisinin parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə olacaq VİDEO

Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir

Ağdamda 10 tüfəng polisə təhvil verilib

Ursula Fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının prezidenti kimi qala bilər

Salyanda şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırlayıb VİDEO

Almaniyada “Alman-Azərbaycan Mədəniyyət Sinerqiyası” adlı orqan konserti keçirilib

İlin sonunadək Türkiyənin hava limanlarında sərnişin axını 236 milyon nəfəri ötəcək

Fövqəladə Hallar Nazirliyi və TƏBİB birgə məlumat yayıb VİDEO

Attila Tilki: Türk dövlətləri arasındakı dostluq əlaqələrinin getdikcə dərinləşməsi həssas dönəmdə çox mühümdür

NİİM: Metronun “Koroğlu” və “20 Yanvar” stansiyaları istiqamətlərində nəqliyyat sıxlığı yaranıb

Sabirabadda yük və minik avtomobilləri toqquşub, yaralılar var

17 iyun Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

Nəsimi rayonunda Qurban bayramı ərəfəsində şəhid ailələri ilə görüş keçirilib

Macar parlamentarilər Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

“Avro 2024”: Türkiyə millisinin oyununa hakim təyinatları açıqlanıb

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib VİDEO

Naxçıvanın “Kalba Rüstəm” kəhrizində təmir-bərpa işləri aparılıb

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin, Vətən müharibəsində şəhid olan həkimlərin məzarlarını ziyarət edib

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

Faktiki hava: bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb

Gürcüstanın Baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Lerikdə 4 ton xaş-xaş kolu məhv edilib

“Avro 2024”: Belçika və Fransa yığmaları ilk görüşlərinə çıxacaqlar

Hindistanda sərnişin və yük qatarları toqquşub, azı 5 nəfər həlak olub

Malavinin vitse-prezidentinin dəfn mərasimi zamanı baş verən yol qəzasında azı 4 nəfər ölüb

Oğuzda meşə zolağında çətənə kolları becərən şəxslər saxlanılıb VİDEO

Ötən il Səhiyyə Nazirliyi tərəfindən tibbi və psixoloji yardımla təmin edilən müharibə iştirakçılarının sayı açıqlanıb

Ötən il təmir-tikintisi başa çatdırılan tibb müəssisələrinin sayı açıqlanıb

Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Peruda zəlzələ olub, bəzi bölgələrdə torpaq sürüşməsi qeydə alınıb

Türkiyədə avtomobil heyvan bazarına girib, səkkiz nəfər yaralanıb

NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir

Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq

Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

Firəngiz Əlizadə “Üzbəüz” layihəsinin qonağı olub

Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib

MDU-da “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

"Nero" rəqs studiyasının hesabat konserti keçirilib

Yaşar Gülər: Türkiyə beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarıdır

Avro-2024: Danimarka qələbə hesabını qoruya bilməyib

İsveçdə həmvətənlərimizə səyyar konsulluq xidməti göstərilib

Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı qazanıb VİDEO

Gürcüstanda bir gündə 3 zəlzələ baş verib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

"Zəngəzur sənətkarlığı" adlı layihə üzrə iş davam edir

"Sabah"ın yay hazırlıq planı bəlli olub

Texasda tədbir zamanı atışmada 2 nəfər ölüb

ABŞ-da İkinci Dünya müharibəsi dövrünə aid təyyarə qəza törədib, 2 nəfər ölüb

ABŞ Dövlət katibi müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Avro-2024: Niderland Polşaya qalib gəlib

Baş katib: Ümid edirik Azərbaycan 2026-cı ildə də dünya çempionatına ev sahibliyi edəcək

Çin tarixinin ən görkəmli hərb strateqi Su Cının muzey kompleksi - FOTOSESSİYA VİDEO

BÇF-nin prezidenti: Dünya çempionatında bütün komandalar layiqincə mübarizə apardılar

“Avrora Qrup” aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Türkiyədə Qurban bayramı: Antalya aeroportu dəqiqədə bir təyyarə qəbul edir

Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi olub

Hərbi Nəşriyyatın 30-cu ildönümü qeyd edilib VİDEO

Azərbaycan Ağsaqqallar Şurası aztəminatlı ailələrə qurban payları təqdim edib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Luanda şəhərində sərgi açılıb VİDEO

“İstəyirik ətraf gözəlliklə dolu olsun” – Qusarda tingçilik təsərrüfatından VİDEOREPORTAJ FOTO

Xalq yazıçısı Anarın əsəri Türkiyə radiosunda səsləndirilib

Gəncədə Bəstəkarlar İttifaqının səyyar plenumu işinə başlayıb

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər təşkil olunub

Türkiyədə qaz hasilatı il ərzində iki dəfədən çox artıb

MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir