Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.

AZƏRTAC müraciəti təqdim edir:

-Möhtərəm cənab Prezident.

Azərbaycan torpaqlarının böyük bir hissəsinin 30 il ərzində davam edən işğalına son qoyulması, dünyanın hansı səmtində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün doğma və əziz olan Qarabağın düşmən tapdağından azad edilməsi dövlətimizin tarixinə ən şərəfli səhifə kimi yazılacaq, bu tarixi gün əsrlər boyunca xalqımızın fəxarət və qürur mənbəyi kimi gələcək nəsillərin də qəlbində özünə yer alacaq.

İki yüz il bundan əvvəl Rusiya imperiyası ilə Qacarlar dövləti arasında bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələri ilə tarixi Azərbaycan torpaqları iki dövlət arasında bölüşdürüldü. Bundan sonra qədim tarixə və mədəniyyətə malik Azərbaycan xalqı tarixin sonrakı mərhələlərində ayrı-ayrı inkişaf yolları ilə irəliləmək məcburiyyətində qaldı. Eyni zamanda, bu müqavilələrin imzalanması ilə Rusiya Cənubi Qafqazda öz forpostunu yaratmaq məqsədilə Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırılmasına başladı. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40 min erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülh müqaviləsinin nəticələrinə görə isə Osmanlı İmperiyasının ərazilərində yaşayan daha 90 min erməni Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərində yerləşdirildi. Bununla müsəlman əhalisinin öz tarixi torpaqlarından sıxışdırıb çıxarılmasına başlanıldı. Hətta Avropa və Amerika tarixçiləri tərəfindən də təsdiq olunub ki, Azərbaycan ərazisində ermənilərin məskunlaşdırılması nəticəsində təkcə 1828-1920-ci illər ərzində artıq iki milyondan çox müsəlman əhali məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş və dəqiq məlum olmayan sayda insan qətlə yetirilmişdir.

Sovet İttifaqı yaradıldıqdan sonra da ərazilərimizin ermənilər tərəfindən tədricən zəbt olunması prosesi davam etdirildi. Həmin dönəmdə “proletar beynəlmiləlçiliyi” şüarları ilə maskalanan sovet Rusiyası Ermənistanın Azərbaycan ərazilərinin hesabına genişlənməsinə əlverişli şərait yaratdı. Sovetləşmənin ilk dövrlərində cəmi 10 min kvadratkilometr ərazisi olan Ermənistan Dərələyəz, Zəngibasar, Zəngəzur və Göyçə mahallarının hesabına ərazilərini 26 min kvadratkilometrə çatdıra bildi. Azərbaycanın isə Naxçıvanla olan quru əlaqələri tamamilə kəsildi. Qarabağ mahalının dağ və aran hissələrinə bölünməsi, onun digər hissəsi Zəngəzurun Ermənistana verilməsi bir vaxtlar ərazisi 14 min kvadratmetrdən çox olmuş tarixi Qarabağ mahalının yox edilməsinə gətirib çıxardı. 1920-1986-cı illər ərzində Göyçə və Dilican dərəsi, Naxçıvanın 9 kəndi, Mehri rayonu, Sədərək və Kərki ərazilərinin bir hissəsi, Laçın rayonunun Qaragöl yaylağının, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazisinin, Kəlbəcər rayonunun Zod qızıl ərazisinin bir hissəsi, Qazax rayonunun İncədərə yaylağı və əlavə 2500 hektarlıq torpaq sahələri, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin bir hissəsi müxtəlif bəhanələrlə zəbt edildi. 1923-cü ildə qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı və bununla erməni şovinistlərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün meydan açıldı, Cənubi Qafqazda ötən əsrin sonlarında və bu əsrin əvvəllərində yaşanan faciələrin əsası qoyuldu.

1988-ci ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətin Xalq Deputatları Soveti səlahiyyəti olmaya-olmaya o zamankı Azərbaycan Konstitusiyasını pozaraq vilayətin Ermənistan SSR-ə birləşməsi haqqında qərar qəbul etdi. Moskvanın dəstəkçi siyasəti nəticəsində sonradan açıq hərbi əməliyyatlara çevrilən erməni təcavüzü torpaqlarımızın 20 faizinin işğalına, 1 milyondan çox insanın öz doğma torpaqlarında qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb oldu. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra geniş miqyas almış işğalçılıq müharibəsinin gedişində Azərbaycan Respublikası ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 20 mindən çox azərbaycanlı qətlə yetirildi, on minlərlə soydaşımız yaralandı və əlil oldu. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovularaq öz dədə-baba yurdlarından didərgin salındı. İşğalçılıq müharibəsi zamanı erməni şovinistləri azərbaycanlı əhaliyə qarşı bir sıra soyqırımı cinayətləri törətdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində əsrin ən dəhşətli faciələrindən biri baş verdi. Soyqırımı aktı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qaldı. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

Yalnız 1993-cü ilin iyun ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Ermənistanın ölkəmizə və xalqımıza qarşı yürütdüyü etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinə qarşı müqavimət cəbhəsi yaradıldı. Ordu quruculuğu və silahlı qüvvələrin möhkəmləndirilməsi sahəsində görülən düşünülmüş tədbirlər Ermənistan hərbi birləşmələrinə ağır zərbələr endirməyə və işğal altında olan bəzi əraziləri, o cümlədən Füzuli rayonunun strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsini azad etməyə imkan verdi. Azərbaycanla silah dili ilə danışmağın daha mümkün olmadığını görən Ermənistan Respublikası 1994-cü ilin mayında atəşkəs imzalamaq məcburiyyətində qaldı. Bununla da Ermənistan–Azərbaycan münaqişəsinin dinc yolla həllinə nail olmaq üçün mötəbər beynəlxalq təşkilatların köməyi ilə aparılan danışıqlara əlverişli şərait yaradıldı. Həmin təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunub. Lakin münaqişənin həll edilməsi üçün göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib. Bu dövlətin rəhbərliyi cəzasız qalmasından, bölgədə sülh və sabitlik yaradılmasında marağı olmayan xarici qüvvələrin dəstəyindən istifadə edərək, aparılan danışıqlar prosesini pozmaq və Azərbaycan torpaqlarının işğalını əbədiləşdirmək üçün müntəzəm cəhdlər göstərib.

O cümlədən 2018-ci ilin aprelində Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Azərbaycana qarşı təxribatlar daha geniş vüsət alıb. Ermənistan rəsmiləri öz bəyanatları və davranışları ilə sübut ediblər ki, bu dövlət nəinki işğal altında olan əraziləri qaytarmağa hazırlaşmır, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək niyyəti güdür. Bu məqsədlə Ermənistan rəhbərliyi 2020-ci il sentyabrın 27-də növbəti planlaşdırılmış təxribata əl atıb. İşğalçı ölkənin silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutublar. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar olub. Düşmənin hücumunun cavabında Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinə uyğun özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək məqsədi ilə əks-hücum əməliyyatına başlayıb. Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu 44 gün davam edən əməliyyat gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazıb. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapıb. Güclü Ordunun yaradılması, Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, Ordu ilə xalqının vəhdətinin təmin edilməsi rəşadətli Azərbaycan Ordusunun möhtəşəm Qələbəsinin kökündə dayanan həqiqətlərdir. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə hazırkı dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik olan orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi. İnanırıq ki, müzəffər Ordumuzun döyüş əməliyyatlarını xüsusi peşəkarlıqla planlaşdıraraq həyata keçirmək strategiyası və taktikası digər ölkələrin hərbi strukturları tərəfindən öyrəniləcək və tətbiq ediləcəkdir.

Cənab Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyinizlə cəmi 44 gün davam edən müharibədə Azərbaycan beş ilə işğal olunmuş və 30 il ərzində möhkəmləndirilmiş torpaqlarımızı düşməndən geri aldı. Bir il əvvəl bəyan etdiyiniz “Qarabağ Azərbaycandır!” ifadəsi xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya əsası, qələbəyə səsləyən lider çağırışı oldu. Bütün xalq bu çağırışa səs verdi, birləşdi, qələbəmizin əsasına çevrilən milli birliyimizi və həmrəyliyimizi formalaşdırdı. Cəmiyyətimizin bu günlərdə nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın Sizin ətrafınızda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi. Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan xalqının əzmini, qətiyyətini, mübarizliyini, doğma torpaqları uğrunda hər cür fədakarlığa və qəhrəmanlığa hazır olduğunu göstərdi. Xalqın və Ordunun Prezident və Müzəffər Ali Baş Komandan kimi Sizə dərin inamı Vətən müharibəsinin tarixi qələbə ilə başa çatması il bütün dünyaya bir daha aydın şəkildə bəyan oldu.

Sizin adınız gələcək nəsillərin qəlbində Azərbaycan xalqının qürur mənbəyi olaraq əbədi yaşayacaqdır!

Qarabağ Azərbaycandır! Eşq olsun müzəffər Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı