CƏMİYYƏT


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri  Gürcüstanda keçirilən tədbirdə iştirak edir

Tbilisi, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Tbilisidə Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının (HİK) XIII qurultayı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev və onun müavini Aqil Dadaşov da iştirak edirlər.

Gürcüstan HİK-in sədri İrakli Petriaşvili qurultayda hesabat məruzəsi ilə çıxış edib, rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən danışıb. O deyib ki, hesabat dövründə Gürcüstan HİK beynəlxalq təşkilatlar, dünyanın qabaqcıl və aparıcı dövlətlərinin, eləcə də Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyaları ilə sıx əməkdaşlıq edib. Bu əməkdaşlığın bizə bəzi məsələlərin həllində çox böyük köməyi olub.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Beynəlxalq Əmək Təşkilatının rəhbərliyinin, Avropa və MDB ölkələri HİK sədrlərinin iştirak etdikləri qurultayda Gürcüstan HİK sədrinin hesabatı dinlənilib.

Sonra çıxışlar olub, bir qrup şəxsə fərqlənmə hədiyyələri təqdim olunub.

Daha sonra qurultay panel iclasları ilə davam edib.

Qeyd edək ki, qurultayda təşkilati məsələyə baxılacaq.

Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev BHİK-in baş katibi Şaran Berrou və digər nümayəndələrlə ikitərəfli görüşlər keçirib. Görüşlərdə AHİK ilə beynəlxalq təşkilatlar, eləcə də dövlətlərin HİK-ləri arasında əməkdaşlığın genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.