CƏMİYYƏT


Azərbaycan Hərb Tarix Muzeyində İkinci Dünya müharibəsinə dair tədbir keçirilib

Bakı, 18 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 18-də Azərbaycan Hərb Tarixi Muzeyində İkinci Dünya müharibəsinin başlamasının 80 illiyi ilə bağlı tədbir keçirilib. Tədbir Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və səfirliyin əməkdaşları, eləcə də bu ölkənin hərbi attaşesi, polkovnik Andrey Aleksentsev, Müdafiə Nazirliyinin, bir sıra qurumların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib. Sonra İkinci Dünya müharibəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək İkinci Dünya müharibəsinin bəşər tarixində ən qanlı savaş olduğunu vurğulayıb. Bildirib ki, altı il davam edən bu qanlı müharibə nəticəsində 70 milyondan çox insan həlak olub.

Səfir Mixail Boçarnikov və digərləri çıxışlarında bu qanlı müharibədə faşizm üzərində Qələbənin qazanılmasında keçmiş SSRİ-nin tərkibindəki müttəfiq respublikaların xalqlarının misilsiz qəhrəmanlığını yüksək qiymətləndiriblər.

Tədbirdə İkinci Dünya müharibəsi ilə bağlı film nümayiş olunub.

Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Tədbirin sonunda qonaqlar muzeydə nümayiş etdirilən eksponatlarla tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.