SİYASƏT


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri ölkəmizə qayıdıblar

Bakı, 2 avqust, AZƏRTAC

Birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gözətçi gəmiləri və şəxsi heyəti ölkəmizə qayıdıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər Flotilyasının rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bundan başqa hərbi dənizçilərimiz Rusiya Federasiyasında keçirilən bir sıra tədbirlərdə iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.