SİYASƏT


Azərbaycan Hərbi Hava Qüvvələri "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimlərində iştirak edir

Konya, 25 may, AZƏRTAC

Türkiyənin Konya vilayətində "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimləri uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, “Anadolu Qartalı-2022” xilasetmə və havadan yardım hərəkatına nəzarəti möhkəmləndirmək, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən ölkələr arasında hərbi hava qüvvələri sahəsindəki əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.

Növbəti dəfə Azərbaycanın iştirakı ilə baş tutan təlimdə ölkəmizin Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandası ilə yanaşı iki “MI-27 1V” çoxtəyinatlı helikopterləri də nümayiş olunur.

Qeyd edək ki, builki "Anadolu Qartalı" təlimlərində Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

Konya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.