SİYASƏT


Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları “F-16” təyyarələrində uçuşlar keçirirlər VİDEO

Bakı, 24 sentyabr (AZƏRTAC). Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 24-də təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları ilk dəfə olaraq ikiyerli “F-16” tipli döyüş-təlim qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşlar yerinə yetiriblər.

Təlim uçuşları zamanı pilotların bu tipli təyyarələrin idarə olunması üzrə peşəkar bacarığı və uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb.

Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.