SİYASƏT


Azərbaycan Hökuməti ilə BMT-nin Avropa İqtisadi Komissiyası arasında Birgə Bəyanat imzalanıb

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Nazirlər Kabinetində Azərbaycan Hökuməti ilə BMT-nin Avropa İqtisadi Komissiyası arasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı əməkdaşlığa dair Birgə Bəyanat imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov və ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova imzalayıblar.

Azərbaycanla BMT arasında əməkdaşlığın müzakirə edildiyi görüşdə Baş nazirin müavini bir sıra sahələrdə uğurlu layihələrin reallaşdırıldığını bildirib, həmin layihələrin bir çoxunun dayanıqlı inkişafla bağlı olduğunu vurğulayıb.

BMT Baş katibinin müavini Olqa Alqayerova Azərbaycanla əməkdaşlığın məmnunluq doğurduğunu qeyd edib. Qonaq Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün reallaşdırılan layihələrə dəstək verməyə hazır olduqlarını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.