İQTİSADİYYAT
“Azərbaycan” İES-də 10 ayda 6,2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib
Bakı, 19 noyabr, AZƏRTAC
“Azərbaycan” istilik elektrik stansiyasında bu ilin ötən 10 ayında texniki-iqtisadi göstəricilər yerinə yetirilib.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu müddətdə enerji bloklarında 6,2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Oktyabr ayında isə stansiyada 579,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub və enerji təchizatı müəssisəsinin şəbəkəsinə ötürülüb. Müəssisə üzrə təmir və profilaktik yoxlama-sınaq işləri də aparılıb. Ətraf mühitin mühafizəsi, yanğın, texniki təhlükəsizlik və əməyin mühafizəsi tədbirləri həyata keçirilib, həmçinin 2015/2016-cı illərin payız-qış mövsümünə hazırlıq işləri görülüb.
İcrası IV rübdə nəzərdə tutulan tədbirlərə enerji bloklarında fırlanan mexanizmlərin, çatışmayan elektrik mühərriklərinin bərpa olunması, enerji bloklarında dövran tüstüsovuranlarının işlək vəziyyətə gətirilməsi və digər proseslər daxildir.
Hazırda stansiya beş blok rejimində işləyir və sutkada yük qrafikinə uyğun olaraq 17-21 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir.