ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutu Rusiya universitetləri ilə əlaqələri genişləndirir

Bakı, 11 mart, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Rusiyanın Perm Dövlət İncəsənət İnstitutu və Omsk Dövlət Universiteti arasında əməkdaşlıq protokolları imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müqavilələr tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi məqsədi daşıyır. Protokollarda elmi təcrübə və araşdırma, tədris metodikası üzrə elmi məlumatların ötürülməsi, tədris prosesinin təşkili ilə bağlı təcrübəni paylaşmaq, elmi-tədqiqat proqramları və layihələrinin birgə təşkili, tələbə mübadiləsi, elmi və metodik vəsaitlərin çap olunması da nəzərdə tutulur.

Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisi müasir tələblər səviyyəsində təşkil etmək üçün dünyanın qabaqcıl universitetləri, həmçinin Rusiya ali məktəblərinin təcrübəsindən yararlanmaq, universitetlərarası əlaqələri genişləndirməkdir.

Xatırladaq ki, institut ötən bir il ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb, Türkiyənin Ankara, İstanbul, Mərmərə, “29 Mayıs”, Kırıkkale universitetləri ilə əməkdaşlıq protokolları imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.