ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib

Bakı, 2 dekabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə vebinar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Aİİ-nin Tələbə Elmi Cəmiyyətinin sədri, Dillər və ictimai fənlər kafedrasının dosenti Məmmədəli Babaşlı TEC-in fəaliyyəti barədə məlumat verib. O, mövcud pandemiya dövründə tələbələrin elmi dünyagörüşü, intellektual səviyyələrinin artırılması istiqamətində səmərəli işlər görüləcəyini və bu cür vebinarların davamlı olaraq keçiriləcəyini vurğulayıb. Qeyd edib ki, bu səpkili tədbirlər təhsilalanların yüksəkixtisaslı kadrlar kimi yetişmələrində mühüm rol oynayır.

Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov “İbn Xəldun yaradıcılığında bədəvilərin əxlaqi keyfiyyətləri” mövzusunda çıxış edib. İbn Xəldunun həyat və fəaliyyəti haqqında ətraflı məlumat verən V.Səmədov “bədəvi” sözünün tarixi kökü və mənası haqqında danışıb. Məruzəçi nitqində İbn Xəldunun bədəviliyi daha geniş mənada araşdırdığını, köçəri və kəndli qruplarına böldüyünü qeyd edib. Həmçinin daim bir yerdə məskunlaşan kəndlilər və köçəri tayfalarının hamısının bədəvi sinfini təşkil etdiyini nəzərə çatdırıb. Vurğulayıb ki, bədəvilərin əxlaqi keyfiyyətləri müsbət və mənfi olmaqla iki qrupa bölünür: müsbət əxlaqi keyfiyyətlər azadlığa meyil, comərdlik, cəsarət, məzluma sahibçıxma, mənfi xüsusiyyətlər isə kobudluqdur.

“Microsoft Teams” proqramı üzərindən təşkil olunan, Aİİ-nin müəllim və tələbələrinin iştirak etdiyi vebinar iştirakçıların müzakirəsi və sualları ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.