ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutu əməkdaşının elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizovanın “Kisra sarayından Kərbəla səhrasına: milli-dini kimlik ünsürü və tarixi-mənqibəvi şəxsiyyət arasında məqtəllərdə Şəhrbanu” adlı məqaləsi Türkiyənin Erciyes Universitetinin “Bilimname” jurnalında dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə Sasani hökmdarı III Yezdəgirdin (632-651) qızı olduğu iddia edilən Şəhrbanu haqqında klassik İslam tarixi mənbələrindəki məlumatlar tədqiq edilərək, onların ərəbdilli, farsdilli və türkdilli məqtəllərə təsiri araşdırılıb.

Qeyd edək ki, sosial elmlərə dair məqalələrin dərc olunduğu impakt faktorlu “Bilimname” jurnalı “Web of science” beynəlxalq bazasında referatlaşdırılıb.

Sözügedən məqalə dosent E.Əzizovanın Aİİ-dəki fəaliyyəti müddətində “Web of science” beynəlxalq bazalarında referatlaşdırılan jurnallarda dərc olunmuş dördüncü yazı nümunəsidir.

Xatırladaq ki, Aİİ ilahiyyat elmləri sahəsində tədqiqatların aparılması məsələsinə xüsusi önəm verir. Belə ki, ali təhsil müəssisəsində tədris prosesinə cəlb edilən müəllimlər dünyanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq konfranslarda iştirak edir, tədqiqat sahələrinə uyğun gələn elmi məqalələrin, kitab və dərsliklərin nəşrini həyata keçirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.