ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması haqqında əməkdaşlıq protokolu imzalanıb.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün təkmilləşdirmə kurslarının keçirilməsi nəzərdə tutulur. Sənədə əsasən, həmçinin elmi konfransların təşkili, elmi araşdırmaların aparılması, təlim kurslarının və seminarların keçirilməsi məqsədilə hər iki ali məktəbin əməkdaşlarının qısa və ya uzunmüddətli mübadiləsi aparılacaq.

İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verən rektor Ceyhun Məmmədov ölkənin digər təhsil müəssisələri ilə əlaqələrin qurulmasına və təcrübə mübadiləsinin aparılmasına xüsusi önəm verdiklərini qeyd edib. O, rəhbəri olduğu ali təhsil müəssisəsinin xarici universitetlərlə yanaşı, yerli təhsil müəssisələri ilə əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini nəzərə çatdırıb.

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxışında son illər ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində aparılan islahatların təqdirəlayiq olduğunu vurğulayıb. O, İlahiyyat İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.