ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutu tələbələrin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirir

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin asudə vaxtının səmərəli təşkili üçün tədbirlər silsiləsini davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Aİİ-də müxtəlif sosialyönümlü, maarifləndirici tədbirlərlə yanaşı, əyləncəli proqramların da reallaşdırılmasına başlanılıb. Bu məqsədlə, həftənin şənbə günləri saat 14:00-da Aİİ-nin konfrans zalında film nümayişlərinin təşkili nəzərdə tutulub. İlkin olaraq “Yaşamaq gözəldir” adlı film göstərilib, fasilədə kofe-breyk təşkil edilib, filmin nümayişindən sonra isə mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.