ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunmuş abituriyentlərin nəzərinə!

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) islamşünaslıq ixtisasına qəbulla bağlı müsahibənin ikinci mərhələsinə yekun vurulub. Müsahibədən keçmiş abituriyentlər avqustun 20-də günün sonunadək ixtisas seçimində iştirak etməlidirlər. Həmin gün ixtisas seçiminin sonuncu günüdür.

Aİİ-dən AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, instituta qəbul olunmuş abituriyentlərin sənədlərinin qəbulu davam edir. Qeydiyyat avqustun 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək aparılacaq.

Boş qalan yerlərə qəbul olunan abituriyentlərin sənəd qəbulu isə avqustun 24-dən sentyabrın 3-dək həyata keçiriləcək.

Bütün abituriyentlər qeyd olunan tarixlərdə sənədlərini Azərbaycan İlahiyyat İnstitutuna təqdim etməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı aşağıdakı sənədləri təqdim etməlidir.

1. Tam orta təhsil haqqında sənədin (attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli (Kollec və ya ali təhsil müəssisəsinin 2017-2018–ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);

2. Abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması ilə bağlı DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM–in saytından çap edilir) (3 nüsxə);

3. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (3 nüsxə);

4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surəti (oğlanlar üçün) – 3 nüsxə;

5. Tibbi (sağlamlıq haqqında) arayış (Forma 086);

6. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 6 ədəd;

7. Həmçinin qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN) özündə olmalıdır.

Sənəd qəbulu zamanı abituriyent ərizəsini təsdiqləmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatdan keçməlidir.

Sənədlərin qəbulu Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş ilahiyyat fakültəsinin inzibati binasında) aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.