ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutuna sənəd qəbulu başlayıb

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutuna 2018-2019-cu tədris ilində qəbul olunmuş abituriyentlərin qeydiyyatı başlayıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, qeydiyyatdan keçmək üçün tam orta təhsil haqqında sənədin (attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli və notarial qaydada təsdiq edilmiş surəti (kollec və ya ali təhsil müəssisəsinin 2017-2018–ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom), abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması haqqında DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM-in saytından çap edilir-3 nüsxə) təqdim olunmalıdır. Bundan əlavə, hər bir abituriyent şəxsiyyət vəsiqəsinin əsli və surətini (3 nüsxə), ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surətini (oğlanlar üçün 3 nüsxə), tibbi (sağlamlıq haqqında) arayış (Forma 086) və 3×4 ölçüdə ağ fonda fotoşəkil (6 ədəd) təqdim etməlidirlər. Həmçinin qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN) özündə olmalıdır.

Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatdan keçməlidir.

Sənədlərin qəbulu avqustun 16-dan 28-nə kimi hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10-dan 17–dək Yasamal rayonu, Əhməd Cəmil küçəsi 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş ilahiyyat fakültəsinin inzibati binası) aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.