ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş olub

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş təşkil olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Görüşdə Aİİ-nin rektoru, dosent Aqil Şirinov əlamətdar gün münasibətilə müəllimləri təbrik edib. Təhsilin cəmiyyətdə mühüm rolunu qeyd edən rektor ümummilli lider Heydər Əliyevin təhsilə, onun inkişafına daim xüsusi əhəmiyyət verdiyini xatırladıb, dahi rəhbərin “Təhsil millətin gələcəyidir” kəlamını vurğulayıb.

A.Şirinov ali təhsil müəssisəsi qarşısında duran məqsəd və hədəflərdən söhbət açıb. Bildirilib ki, institutun müəllimləri tələbələrlə təkcə auditoriyalarda deyil, dərsdənkənar vaxtlarda da ünsiyyət saxlamalı, onların tədrislə bağlı problemlərinin həllinə kömək etməlidirlər.

Tədrisin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı fikirlərini bölüşən rektor bildirib ki, Aİİ-də dərslərin səmərəliliyinin artırılması üçün əlavə kurslar təşkil edilir.

Aİİ rəhbəri elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin fəaliyyətinin genişləndirilməsi məsələsinə də toxunub.

Tədbirdə Aİİ-də yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında səmərəli fəaliyyəti ilə fərqlənən müəllimlərə hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.