ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Ceyhun Məmmədov müstəqil Azərbaycanda demokratik cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, ulu öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızın qəbul olunması tarixindən danışıb. Qeyd edib ki, hər bir dövlətin mövcudluğunu şərtləndirən mühüm amillərdən biri onun qanunvericilik sisteminin olmasıdır. Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını onun Konstitusiyası təşkil edir. Dövlətimizin Əsas Qanununun qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrində köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl sənəddir.

C.Məmmədov ulu öndər Heydər Əliyevin dövlət-din siyasətinin əsasını qoyduğunu, bu münasibətlərin Əsas Qanunda öz əksini tapdığını vurğulayıb.

Bildirilib ki, müstəqil dövlətimizin Konstitusiyasının qəbul olunmasından ötən 23 ildə Azərbaycanın qazandığı nailiyyətlər və sosial-iqtisadi yüksəlişi, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi kimi amillər respublikamızın sürətli inkişafının göstəriciləridir. Bu uğurların kökündə Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti dayanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.