ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda Milli Dirçəliş Günü qeyd olunub

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş videokonfrans keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” proqramı üzərindən təşkil olunan videokonfransda ali təhsil ocağının rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Qələbə münasibətilə görüş iştirakçılarını təbrik edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun qəhrəmanlıqlarından bəhs edib, şəhidlərə Allahdan rəhmət, yaralı qazilərə şəfa diləyib.

Videokonfransda çıxış edən akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, Aİİ-nin dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı Milli Dirçəliş Gününün Azərbaycan tarixində özünəqayıdışın başlanğıcı, tarixi gün olduğunu bildirib. Milli Dirçəliş Gününə qədər baş vermiş tarixi hadisələr barədə ətraflı məlumat verən M.Babaşlı ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyimizin qorunmasında misilsiz tarixi xidmətlərindən bəhs edib. Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcının qoyulduğunu vurğulayan M.Babaşlı Qarabağda qazanılan qələbənin birliyin və bərabərliyin nəticəsi olduğunu diqqətə çatdırıb.

Videokonfrans digər iştirakçıların və tələbələrin qarşılıqlı müzakirəsi ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.