ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda Tələbə Gənclər Təşkilatı yaradılıb

Bakı, 7 noyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Gənclər Təşkilatının yaradılması ilə bağlı iclas keçirilib. İclasda Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Tələbə Gənclər Təşkilatları (TGT) ilə iş departamentinin direktoru Ləman Cavadova və tələbələr iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, TGT ilə iş departamentinin direktoru Ləman Cavadova təşkilat üzvlərinin və sədrin seçilməsi ilə bağlı qaydaları izah edib.

Sonra institutun dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə 9 qrupun hər birindən bir nəfər olmaqla, TGT-nin sədri vəzifəsinə namizəd seçilmiş tələbələr tanıtım slaydı və platforma ilə təqdimat ediblər. Açıq səsvermə yolu ilə Dinşünaslıq ixtisasından III kurs tələbəsi Bəhmən Əsədli Tələbə Gənclər Təşkilatının sədri seçilib.

Sonda dekan Mirniyaz Mürsəlov TGT üzvlərinin və sədrin üzərinə düşən vəzifə məsuliyyətini xatırladıb, onların təhsil və tədrisdə, institutun ictimai həyatında daha fəal olmalarının, digər tələbələrə nümunəvi davranışlarla örnək göstərmələrinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ATGTİ Azərbaycanın 96 dövlət və özəl ali məktəbinin Tələbə Gənclər Təşkilatını özündə birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.