ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda distant təhsilə start verilib

Bakı, 1 aprel, AZƏRTAC

Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması, ölkədə yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) distant təhsilə start verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ali məktəbdə tələbələrin tədrisdən geri qalmaması, təhsil proqramlarının mənimsənilməsi məqsədilə Təhsil Nazirliyinin tövsiyəsinə əsasən ali təhsil müəssisəsi “Microsoft Teams” platforması üzərindən dərslərə başlayıb. Müəllim və şagirdlərin evdə qalaraq həyata keçirdiyi tədris prosesi dərs cədvəlinə və sillabuslara uyğun olaraq aparılır. Proses tədrisin təşkil edildiyi bütün kursları əhatə edir.

Qeyd edək ki, Aİİ-də distant təhsilin təkmilləşdirilməsi ilə bağlı intensiv tədbirlər həyata keçirilir. Məlumdur ki, distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən aparır.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən aprelin 20-dək ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.