ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda hədisləri anlamaq metodları müzakirə olunub

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Hədisləri anlamaq metodları” mövzusunda seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Aİİ-nin kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi istiqamətində institutda ardıcıl olaraq dəyirmi masalar, treninqlər, seminarlar, görüşlər keçirilməsinin xüsusi rol oynadığını diqqətə çatdırıb. İ.Əlimuradov qeyd edib ki, gənclər mütəxəssis kimi püxtələşmələri üçün öz perspektivləri naminə çalışmalı, Vətənin, millətin mənafeyi üçün xeyirxah addımlar atmalıdırlar.

Seminarda Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədovun “Hədisləri anlamaq metodları” mövzusunda məruzəsi dinlənilib. O bildirib ki, hədis Məhəmməd Peyğəmbərin sözlərini, hərəkətlərini və nümunəvi davranışlarını əhatə edir.

V.Səmədov hədislərin dində dörd əsas funksiyasının olduğunu diqqətə çatdırıb: “Quranın əmr və qaydalarını izah etmək; qapalı hökmləri şərh etmək; ümumi mənaları xüsusiləşdirmək; Quranın hökm bəyan etmədiyi mövzularda hökm vermək”.

Seminarda hədisləri eyni kateqoriyada dəyərləndirməyin mümkün olmadığı qeyd edilib və nümunələr göstərilib. Sonra mövzu ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.