ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda tədris prosesinin təkmilləşdirilməsi istiqamətində məsələlər müzakirə olunub

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilində oktyabr ayının nəticələrinə həsr olunmuş növbəti iclasını keçirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Aİİ rəhbərliyinin, müəllim heyətinin və əməkdaşlarının iştirak etdikləri tədbirdə təhsil müəssisəsinin ümumi fəaliyyəti və perspektivləri müzakirə olunub.

Rektor Ceyhun Məmmədov qeyd edib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran institut rəhbəri bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib.

C.Məmmədov Aİİ-nin məqsəd və hədəflərindən danışıb. Bu mərhələyə qədər institutun tədris ilinə hazırlığı, tələb olunan strukturun təşkili, müəllim və işçi heyətinin formalaşdırılması ilə bağlı bütün işlərin uğurla həyata keçirildiyini bildirən rektor qarşıda duran vəzifələri diqqətə çatdırıb. Vurğulayıb ki, institutun əsas məqsədi zəngin dünyagörüşünə, yüksək mədəniyyətə, dərin dini və dünyəvi biliyə malik vətənpərvər mütəxəssislərin yetişdirilməsidir. O, bu məqsədlərə nail olmaq, dövlətimiz tərəfindən göstərilən etimadı doğrultmaq üçün bütün kollektivi daha əzmkar olmağa və tələbələrlə davamlı ünsiyyətə çağırıb.

Tədbirdə təhsil müəssisənin daxili nizam-intizam qaydaları, tədris prosesinin təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan və görülməsi vacib olan digər məsələlər geniş müzakirə olunaraq, bir sıra mühüm qərarlar qəbul edilib.

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.