ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin psixoloqla imtahanqabağı onlayn görüşü təşkil olunub

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) psixoloqu İlkin Kazımlının tələbələrlə imtahanqabağı onlayn görüşü təşkil olunub.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, İ.Kazımlı tələbələrin əsasən imtahan zamanı bir sıra psixoloji və fiziki problem yaşadıqlarını qeyd edib. O, imtahan gərginliyini aradan qaldıran bir sıra üsuldan bəhs edib. Vurğulayıb ki, planlı olaraq imtahana hazırlaşmaq, daxili motivasiya vacibdir. “Stres imtahana girən hər bir şəxs üçün təbii haldır. Orta səviyyədə hiss edilən narahatlıq tələbələri daha çox motivasiya edərək oxumağa həvəsləndirir, onları daha məsuliyyətli olmağa yönəldir”, – deyə psixoloq qeyd edib.

O, həmçinin imtahana hazırlıq zamanı tələbələrin diqqət edəcəkləri məqamları nəzərə çatdırıb. Bildirib ki, vaxtın səmərəli bölgüsü, gündəlik iş qrafiki, planlı çalışmağın təmin edilməsi vacib məqamlardandır.

Görüş zamanı tələbələri narahat edən əsas psixoloji amillərə toxunulub və onların sualları psixoloq tərəfindən cavablandırılıb.

Qeyd edək ki, pandemiya dövründə tələbələrin onlayn dərslərdə fəal iştirakı, habelə stresdən uzaq qalmaq və xüsusi karantin rejiminə adaptasiya ilə bağlı problem yaşayan tələbələrlə psixoloq mütəmadi olaraq onlayn görüşlər keçirir. Yay imtahan sessiyası dövründə İ.Kazımlının problemli tələbələrlə fərdi onlayn konsultasiyalar keçirməsi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.