ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda vebinar: İlahiyyatçı alimləri tanıyaq və tanıdaq

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “İlahiyyatçı alimləri tanıyaq və tanıdaq” mövzusunda vebinar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Aİİ Tələbə Elmi Cəmiyyətinin sədri, Dillər və ictimai fənlər kafedrasının dosenti Məmmədəli Babaşlı tədbirdə çıxış edib. TEC-in fəaliyyəti barədə məlumat verən M.Babaşlı mövcud pandemiya dövründə tələbələrin elmi dünyagörüşlərinin, intellektual səviyyələrinin artırılması, araşdırma aparmaları istiqamətində bu səpkili vebinarların keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Aİİ Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “İlahiyyatçı alimləri tanıyaq və tanıdaq” mövzusunda təşkil olunan vebinarın gedişatı haqqında məlumat verib. Bu istiqamətdə keçirilən tədbirlərin tələbələrin tədqiqatçılıq, yeni biliklər əldə etmək və gələcəkdə auditoriyada çıxış etmək baxımından əhəmiyyətini vurğulayıb.

İlahiyyat fakültəsinin tələbəsi Sevil Hüseynova “Şüeyb Əfəndi”, Orxan Abışlı “Molla Ruhulla Məmmədzadə”, Əlvan Cabbarov “Muxtar Əfəndizadə”, İsgəndər İsgəndərov “Mirməhəmməd Kərim Bakuvi” mövzularında çıxış ediblər. Tələbələr çıxışlarında araşdırma apardıqları ilahiyyatçıların həyat və fəaliyyəti, əsərləri haqqında ətraflı məlumat verərək, onların günümüzdə qorunub-saxlanılan əsərlərinin ilahiyyat elminə verdiyi töhfədən bəhs ediblər.

Vebinar iştirakçıların qarşılıqlı müzakirələri ilə davam edib.

“Microsoft Teams” proqramı üzərindən təşkil olunan vebinarda Aİİ-nin müəllimləri və tələbələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.