ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunun “DOST xonçası” 83 yaşlı Validə Mahmudovaya təqdim olunub

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları Binəqədi rayonunda tənha yaşayan 83 yaşlı Validə Mahmudovanın qonağı olub, kollektiv adından yaşlı qadının bayramını təbrik ediblər.

Xatırladaq ki, bu xeyirxah aksiyada məqsəd tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətə ahıllara diqqət və qayğını aşılamaq, nəsillərdən nəsillərə ötürülən adət-ənənəmizi qoruyub saxlamaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.