ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunun aprel ayında fəaliyyətinin nəticələri müzakirə olunub

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) cari tədris ilində aprel ayının nəticələrinə həsr olunmuş iclas keçirilib. İnstitut rəhbərliyi və əməkdaşlarının iştirak etdiyi tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və perspektivləri müzakirə olunub.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, rektor Ceyhun Məmmədov ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət ayrıldığını qeyd edib. O vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.

Gənc nəslin sağlam ruhda yetişməsi, dünya standartları ilə ayaqlaşan yüksək təhsillə təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Ceyhun Məmmədov Aİİ-nin məqsəd və vəzifələrindən, hədəflərindən bəhs edib. Tədris prosesi, müəllimlərin fəaliyyəti, kitab nəşri, elmi məqalələrin çap olunması istiqamətində görülən və görüləcək işlər haqqında fikirlərini bölüşüb.

Rektor xarici universitetlərlə əlaqələrin qurulması, tələbələrin tətil zamanı yay məktəblərində iştirakı istiqamətində məqsədyönlü fəaliyyəti nəzərə çatdırıb. O bildirib ki, zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik, bilikli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi institutun əsas vəzifəsidir. Bu məqsədə nail olmaq üçün Aİİ bütün gücünü və potensialını səfərbər edir, göstərilən inam və etimadı doğrultmaq üçün çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.