ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) haqqında bütün zəruri məlumatları özündə əks etdirən ait.edu.az internet saytı yaradılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, rəsmi sayt Aİİ haqqında 3 dildə (Azərbaycan, rus, ingilis) məlumatları əks etdirməklə yanaşı, yeniliklərlə bağlı xəbərləri də daim yayımlayacaq.

Saytın ana səhifəsində “Haqqımızda”, “Struktur”, “Qəbul”, “İnstitut həyatı”, “Beynəlxalq əlaqələr” və “Nəşrlər” bölmələri yer alıb.

“Haqqımızda” bölməsində “Aİİ-nin tarixi”, “Nizamnaməsi”, “Nə üçün Aİİ?”, “Loqo”, “Kataloq”, “Akademk heyət”, “Əlaqə” və “Qalereya” başlıqları altında institutun ictimai həyatı əks etdirilib.

Saytın “Struktur” bölməsində “Rektorluq”, “Elmi şura”, “İlahiyyat fakültəsi”, “Kafedralar”, “Tədris-metodik şura”, “Tədris şöbəsi”, “Magistratura və doktorantura şöbəsi”, “Həmkarlar İttifaqı Komitəsi”, “Beynəlxalq əlaqələr şöbəsi”, “Tələbə Elmi Cəmiyyəti”, “Tələbə Gənclər Təşkilatı”, “Kitabxana İnformasiya Mərkəzi”, “Ümumi şöbə”, “Hüquqşünas”, “Mətbuat şöbəsi”, “Kadrlar şöbəsi” və “Mühasibatlıq” başlıqlı yazılarda əməkdaşlar və onların fəaliyyət istiqamətləri haqqında məlumatlar yer alıb.

“Bakalavr”, “Magistratura”, “Doktorantura”, “Təqaüd proqramları” haqqında ətraflı məlumatlar rəsmi saytın “Qəbul” bölməsində yerləşdirilib.

Saytda “İctimai fəaliyyətlər”, “Tələbə həyatı” və “Kurslar” başlıqlı yazılara “İnstitut həyatı” bölməsində yer ayrılıb.

Aİİ-nin rəsmi internet səhifəsinin “Beynəlxalq əlaqələr” bölməsində “Tərəfdaş universitetlər”, “Tələbə mübadilə proqramları”, “Səfirliklərlə əməkdaşlıq” başlıqları altında ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri haqqında məlumatlar işıqlandırılıb.

“Nəşrlər” bölməsində institutun elmi nəşrləri, qəzet və jurnalları haqqında məlumat almaq olar.

Qeyd edək ki, saytda ardıcıl olaraq Aİİ rəhbərliyinin iştirakı ilə keçirilən qəbullar və görüşlər, tədbirlər, seminarlar, dəyirmi masalar və konfranslar haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər və digər informasiyalar yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.