ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunun kataloqu çapdan çıxıb

Bakı, 12 fevral, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaranma tarixini, missiyasını, məqsədini və fəaliyyət sahələrini əks etdirən kataloq nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kataloq “Nə üçün Aİİ?”, “Tariximiz”, “Missiyamız”, “Məqsədimiz”, “Əsas dəyərlərimiz”, “Akademik təqvim”, “Akademik siyasət”, “İxtisas proqramları”, “İlahiyyat fakültəsi”, “Kafedra və şöbələr”, “Beynəlxalq əlaqələr və əməkdaşlıq”, “Tələbələrə dəstək sistemi”, “Tələbə həyatı” bölmələrindən ibarətdir.

Aİİ-nin rektoru Ceyhun Məmmədovun kataloqa yazdığı “Ön söz”də dini bilikləri dəqiq çatdıra biləcək, dərin elmə, yüksək intellektə, zəngin dünyagörüşünə malik, yeni nəsli düzgün yönləndirəcək peşəkar mütəxəssislərə böyük ehtiyac olduğu bildirilir. Qeyd edilir ki, ilahiyyat təkcə öz tarixi-mədəni köklərinin dərkinə aparan yol, ona açılan qapı deyil, eyni zamanda, digər konfessiyalara məxsus insanların mənəvi dəyərlərinə hörmət və tolerant münasibəti öyrədən zəruri elm sahəsidir. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması müstəqil dövlətçilik tariximizdə din sahəsində qəbul edilən ən ciddi qərarlardan biridir. Dövlətimizin başçısının etimadını, həmçinin xalqın inam və ümidini doğrultmaq üçün səylə çalışmaq institutun qarşısında duran ən mühüm vəzifədir.

Xatırladaq ki, beynəlxalq təcrübəyə və xarici universitetlərlə əməkdaşlığa xüsusi önəm verən Aİİ-nin əsas məqsədlərindən biri müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.