ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunun loqo müsabiqəsinin qalibi müəyyənləşib

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun öz korporativ loqosunun təşkili üçün iyulun 26-da elan etdiyi müsabiqənin qalibi müəyyənləşib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə ölkəmizin müxtəlif bölgələrindən fərdi və müştərək qaydada 36 müəllif ümumilikdə 106 loqo nümunəsi təqdim edib. Elan olunan parametrlər üzrə qiymətləndirilmədən sonra Könül Məmmədzadənin təqdim etdiyi loqo nümunəsi müsabiqənin qalibi seçilib.

Komissiya üzvlərinin yekdil rəyinə görə, K.Məmmədzadənin təqdim etdiyi nümunə Azərbaycan İlahiyyat İnstitutunun məqsəd və məramını daha yaxşı əks etdirib. Belə ki, multikulturalizmi və tolerantlığı əks etdirən loqonun tam mərkəzindəki əlləri səmaya yönələn “insan” simvolu Tanrı ilə ünsiyyəti, “kitab” - elmin əsas qaynağını, “zeytun budağı” isə sülhü və mənəviyyatı ifadə edir.

Beləliklə, loqo müsabiqəsində fərdi qaydada iştirak edərək qalib seçilən Könül Məmmədzadə Azərbaycan İlahiyyat İnstitutu tərəfindən mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.