ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunun müəlliminin Qarabağ həqiqətlərinə dair məqaləsi Qətər mətbuatında dərc olunub

Bakı, 15 oktyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda davam edir. İnstitutun Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Erməni yalanlarını ifşa edən iki tarixi sənəd” adlı məqaləsi Qətərin “Arabi21” saytında dərc olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məqalədə Dağlıq Qarabağın statusuna dair erməni yalanlarını ifşa edən iki tarixi sənədin tərcüməsi və izahı öz əksini tapıb. Sənədlərin birincisi Rusiya Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun plenum iclasının protokolu, digəri isə həmin partiyanın Qafqaz Əyalət Komissarlığının üzvü, Anastas Mikoyanın partiyanın Mərkəzi Komitəsinin və Sovet Xalq Komissarlığının sədri Vladimir Leninə məktubudur.

Hər iki sənəd qəti surətdə təsdiqləyir ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır, ərazi inzibati vahidi olaraq heç zaman Ermənistanın tərkibində olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.