ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib. İclas “Bluejeans” platforması vasitəsilə onlayn formatda keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Avropa Şurasının “Qeyri-ayrı-seçkilik, müxtəliflik və inklüzivlik” üzrə Rəhbər Komitəsinin (Committee on Anti-Discrimination, Diversity and Inclusion) tərkibində “Mədəniyyətlərarası inteqrasiya işçi qrupu”nun (Working Group on Intercultural Integration) ikinci görüşündə Azərbaycanı İşçi qrupun üzvü kimi, İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov təmsil edib.

İclasda Avropa Şurasının nümayəndələri İvana Delesandro və İrena Quydikova, həmçinin 10 üzv ölkənin təmsilçiləri, 10 ölkənin məhəlli idarələrinin üzvləri və mədəniyyətlərarası inteqrasiya sahəsində mütəxəssislər iştirak ediblər. Tədbirdə İşçi qrupun sədr və müavinləri seçilib. Belə ki, Norveçi təmsil edən Piya Bul Jirolami sədr, İspaniyanın Bilbao şəhərinin təmsilçisi Klaudiya Emmanuel Laredo isə sədr müavini seçilib.

Qeyd edək ki, A.Şirinov Avropa Şurası “Mədəniyyətlərarası inteqrasiya işçi qrupu”nun Azərbaycan üzrə təmsilçisi seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.