Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan İlahiyyat İnstitutunun rektoru xarici ölkə universitetlərinə müraciət ünvanlayıb

Azərbaycan İlahiyyat İnstitutunun rektoru xarici ölkə universitetlərinə müraciət ünvanlayıb

Bakı, 12 oktyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına, eləcə də islam dünyasında tanınmış ali təhsil və ali dini təhsil ocaqlarının rəhbərlərinə Ermənistanın sentyabrın 27-dən Azərbaycana qarşı başladığı növbəti təxribatı ilə bağlı müraciət ünvanlayıb.

Bu barədə AZƏRTAC-a İlahiyyat İnstitutundan məlumat verilib. Müraciətdə deyilir: “Tarixən Azərbaycan torpaqlarına göz dikən ermənilərin doğma yurdumuza növbəti təcavüzündən təxminən 30 il ötür. Torpaqlarımıza ilk hücumlar 1980-ci illərin sonlarından başlanıb və 1994-cü ilədək olan dövr ərzində Dağlıq Qarabağ və ətrafındakı 7 rayon erməni qoşunları tərəfindən işğal olunub, nəticədə 1 milyondan çox azərbaycanlı öz doğma yurd yerlərindən didərgin düşüb. Həmin ilin may ayında imzalanmış Bişkek protokoluna əsasən atəşkəs elan edilib və bölgədə hərbi əməliyyatlar dayandırılıb. Atəşkəsin elan edilməsinə baxmayaraq, ötən illər ərzində Azərbaycan Ordusu və mülki əhalisi mütəmadi olaraq erməni təcavüzünə məruz qalıb, bir çox hallarda bu hücumlar daha şiddətli xarakter alıb. Bu illər ərzində minlərlə Azərbaycan əsgəri və dinc əhali erməni təxribatının qurbanı olub.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Dağlıq Qarabağ və ətraf rayonları qeyd-şərtsiz tərk etməsi barədə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələr isə hələ də icra edilməyib.

Ötən illər ərzində beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın həyata keçirdiyi sülhməramlı və diplomatik fəaliyyət nəticəsində ilkin mərhələdə 5, sonra 2 rayonun işğaldan azad edilməsi, daha sonra Azərbaycanın tərkibində olmaqla, Dağlıq Qarabağda əvvəllər olduğu kimi, azərbaycanlıların ermənilərlə birlikdə yaşamalarını təmin etmək münaqişənin ən münasib həll yolu kimi nəzərdə tutulurdu. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır”, “Azərbaycan Qarabağla danışıqlar aparmalıdır”, “İşğal edilmiş torpaqlar Azərbaycana qaytarılmayacaq” kimi bəyanatları, son aylarda Azərbaycana qarşı müxtəlif hücum əməliyyatlarını həyata keçirməsi, təxribatlar törətməsi Ermənistanın sülh tərəfdarı olmadığını bir daha göstərdi və müharibənin yenidən alovlanmasına rəvac verdi.

Sentyabrın 27-də Azərbaycan Ordusu erməni təxribatına qarşı bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı. Əməliyyatlar Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınan və mövcud xəritələrdə Azərbaycan ərazisi kimi qeyd edilən torpaqlarda aparılır. Öz ərazisində düşmənə qarşı vuruşan Azərbaycan əsgərlərinin yalnız hərbi obyektləri və hərbi infrastrukturu hədəf almasına baxmayaraq, erməni ordusu 1949-cu il Cenevrə Konvensiyasına zidd olaraq, Ermənistan sərhədindən kilometrlərlə uzaqda yerləşən Azərbaycan şəhərlərini, yaşayış üçün böyük əhəmiyyət kəsb edən sənaye obyektlərini, xəstəxanaları, məktəbləri, uşaq bağçalarını, yaşayış evlərini və dinc əhalini atəşə tutur. Hücumlar nəticəsində onlarca mülki vətəndaş həlak olub, yüzlərlə insan yaralanıb və mülki infrastruktura ciddi ziyan dəyib. Belə ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, regionun ən böyük su-elektrik stansiyası olan Mingəçevir su anbarı və beynəlxalq əhəmiyyətli Bakı–Tbilisi–Ceyhan boru kəməri erməni qoşunları tərəfindən hüquq normalarına zidd olan, qadağan edilmiş silahlarla atəşə məruz qalıb. Bu isə Ermənistanın regionun və Avropanın enerji təhlükəsizliyinə böyük təhdid olduğunu bir daha göstərir.

Ermənistandan fərqli olaraq Azərbaycan tolerant, multikultural və multietnik dövlətdir. Azərbaycanda insanlar dini və ya etnik mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qalmırlar. Müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin birlikdə, sülh şəraitində yaşadıqları və dövlətin qayğısı ilə əhatə olunduqları Azərbaycan tərəfindən keçən 30 il ərzində səbirli davranış, beynəlxalq arenada məsələnin sülh və danışıqlar yolu ilə həll olunmasına tərəfdaşlıq nümayiş etdirilib. Ötən illər ərzində Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməməsi, beynəlxalq təşkilatların işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq etməməsi, vasitəçilərin səmərəsiz fəaliyyəti Azərbaycanı düşmənlə eyni dildə danışmağa vadar edib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin boşaldılması ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini, erməni qoşunlarının Dağlıq Qarabağ və ətraf rayonlardan geri çəkilməsini və qaçqın düşmüş 1 milyon insanın öz doğma yurd yerlərinə geri qaytarılmasını tələb edir və bunun üçün öz haqq mübarizəsini davam etdirir. Sizdən xahişim rəhbərlik etdiyiniz kollektivi və ölkənizin ictimaiyyətini Azərbaycanın bu haqq mübarizəsi ilə tanış etməyinizdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru