ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin Bursada yay məktəbi davam edir
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Türkiyənin Bursa şəhərində təşkil olunan yay məktəbində iştirak edirlər.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, yay məktəbinin ilk günündə müəllimlər tələbələr üçün lazımi şərait yaradıldığını, dərslərin peşəkar müəllimlər tərəfindən tədris olunacağını, asudə vaxtın səmərəli təşkili üçün müxtəlif tədbirlər keçiriləcəyini nəzərə çatdırıblar. Qeyd edilib ki, yay məktəbinin iştirakçıları Bursa şəhərinin tarixi məkanlarına baş çəkəcək, həmçinin Bursa Uludağ Universitetinin İlahiyyat fakültəsində olacaqlar.
Xatırladaq ki, “Yay məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin ixtisas biliklərinin və fərdi bacarıqlarının artırılmasıdır. Burada tələbələrə ərəb və ingilis dilləri, Siyər və “Qurani-Kərim” dərsləri tədris olunacaq.